Portfolio

Qarisqa.az - Köçün təşkili


İş haqqında:

Haqqında: «QARIŞQA» – hər hansı çətinlik səviyyəsində köçürmənin peşəkar səviyyədə planlaşdırılması, təşkili və həyata keçirilməsi ilə məşğuldur! Hər halda belə bir şəxs tapılmaz ki, həyatında bir dəfə belə ev və ya ofis köçməsi ilə rastlaşmasın. Adətən xalqın fəlakətlə müqaisə etdiyi köçmə iş və həyat tərzinin pozulması və ya böyük itgilərlə nəticələnir. Bəs köçmənin neqativ nəticələrini azaltmaq və adət etdiyiniz həyat tərzini yeni məkanda bərpa etmək necə olar? Cavab çox sadədir: «QARIŞQA»ya müraciət edin! Əlbətdə qənaət məqsədi ilə siz öz Qazeli ilə sadə fəhlə briqadasına müraciət edə və ya öz gücünüzə edə bilərsiniz, lakin bu zaman bir sıra suallar meydana gəlir: əşyaları nəyə yükləmək? Hansı qutu kimindir və onun içərisində nə yerləşir? Köçmə nə qədər vaxt alacaq? Əziz saydığınız mebel və ya əşyanın üzərində cızıq və ya çat haradan əmələ gəldi? Bu və ya digər xirda əşyalar harada itdi?... Sonda planlaşdırdığınız köç şirkətinizin işini dayandıracaq və ya ev həyatınının xoş təəssüratlarını bir neçə günlük pozacaq və bir fəlakətə çevriləcək. Bu səbəbdən, ən səmərəli seçim «QARIŞQA»ya müraciət etməkdir. Bizim təklif etdiyimiz mənzil, bağ və ofis köçürmələri xidmətləri ən peşəkar səviyyədə həyata keçirilir. Dünya hazırda olduğu kimi heç vaxt belə dinamik olmamışdır. Zirəklik müasir biznes və həyat tərzinin ən əsas cəhətlərindən sayılır. Bizim təklif etdiyimiz xidmətlər və texnologiya sayəsində köçə bir xüsusi təşkil olunmuş xaos kimi deyil, zirəkliyin bir nümunəsi kimi baxmaq olar. Zirəkliklə yanaşı bizim şirkətin xassələrinə işgüzarlıq, mətanət qətiyyətlik və novatorluq da daxildir.

Hazırlanma müddəti: 11 iş günü.

Sayta keçid qarisqa.az